“Ordumuzun müasir hücum həyata keçirə biləcək aviasiya parkı mövcuddur”

“Ordumuzun müasir hücum həyata keçirə biləcək aviasiya parkı mövcuddur”


"Azərbaycan Silahlı Qüvvələrinin hazırkı mərhələsini ordunun modernləşdirilməsi-müasirləşdirilməsi prosesi kimi dəyərləndirmək olar”.
Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Analitik bildirib ki, indi ordumuzun arsenalında irimiqyaslı döyüş əməliyyatlarını həyata keçirəcək silah-texnika bazası tam formalaşıb:
"Bu, imkan verir ki, Azərbaycan Ordusu nəinki Qarabağda, hətta Ermənistan ərazisində döyüş əməliyyatları apararaq, düşmən ordusunun dərinlikdə yerləşən hərbi məntəqələrini məhv etsin. Yəni ordumuzun imkanları düşmən bölmələrini qoşunlarımızla üz-üzə döyüşə girmədən məhv edə bilər. Ermənistan isə hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla müharibə aparmaq, işğal etdiyi əraziləri özündə saxlamaq imkanına malik deyil”.Ekspert bəyan edib ki, bu gün Azərbaycan Ordusunun müasir hücum həyata keçirə biləcək, modernləşdirilmiş aviasiya parkı mövcuddur: "Ordumuzun quru qoşunları bütün şəraitlərdə yerüstü döyüş əməliyyatını həyata keçirə biləcək yeni texnika parkına malikdir. Silahlı qüvvələrimiz düşmən hədəflərini uzaq məsafədən məhv edə bilən taktik raket və artilleriya sistemləri ilə təchiz olunub. Azərbaycan Ordusunun arsenalında müasir döyüş apara bilən tam yeni PUA-lar (Pilotsuz Uçuş Aparatı) da mövcuddur. Sadaladığım bu və ya digər amillər isə Ermənistanda ya yoxdur, ya da 1970-1980-ci illərin texnologiyalarıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın bu dəfə Azərbaycan üzərində döyüş meydanında uğur əldə etmək şansı sıfıra bərabərdir”.
İsmayıl

Siyasət xəbərləri
Sherg.az digər xəbərlər