“Orexovo-Zuyevo” Rusiya HDD silahlanmasına qəbul edilib

“Orexovo-Zuyevo” Rusiya HDD silahlanmasına qəbul edilib
Ordu.az TASS-a istinadən xəbər verir ki, gəminin xidmətə qəbul mərasimi bu gün həyata keçirilib.

Ötən cümə günü bildirildiyi kimi, döyüş gəmisi sınaqlarını başa vurub və Sevastopoldakı daimi xidmət bazasına ilk dəfə gəlib.

Bu gün döyüş gəmisində təntənəli bayraq asma mərasimi təşkil edilib. Hərbi gəmi, Qara dəniz donanmasının 41-ci raket gəmiləri briqadasının bir hissəsini təşkil edəcək.

“Orexovo-Zuyevo” korveti çoxməqsədli döyüş gəmisidir, “Buyan-M” gəmi seriyasının yeddincisi və Rusiyanın Qara dəniz donanması üçün inşa edilən ikinci gəmidir. Korvet “Kalibr-NK” uzaq mənzilli raketləri ilə də təchiz olunub.

İlkin Məmmədov

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər