Orxan Gəncəbayın oğlu bıçaqlandı


Türkiyənin məşhur sənətkarı Orxan Gəncəbayın oğlu bıçaqlanıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, sənətçinin oğlu Gökxan Gəncəbay naməlum şəxsin hücumuna məruz qalıb.

Qarnından zərbələr alan Gəncəbay dərhal xəstəxanaya çatdırılıb, vəziyyətinin kafi olduğu bildirilir.
İnsidentin səbəbləri hələlik məlum deyil. İlkin informasiyaya görə, Gökxan Gəncəbay taksi sürücüsü tərəfindən bıçaqlanıb.


Hadisə xəbərləri
Teleqraf.com digər xəbərlər