Orxan Gəncəbayın oğlunu bıçaqladılar

Orxan Gəncəbayın oğlunu bıçaqladılar

Məşhur müğənni Orxan Gəncəbayın oğlu, aktyor Gökhan Gəncəbay bıçaqlanıb.

“Ölkə.Az” xəbər verir ki, aktyorun səhhəti ilə bağlı heç bir açıqlama verilməyib.

Məlum olub ki, hadisə axşam saatlarında olub. Taksi sürücüsü Doğan Erdoğan ilə Gökhanın sevgilisi Sedahan Özmen arasında bir-birinə yol vermək üstündə mübahisə başlayıb. Mübahisə böyüdükdən sonra Gökhan tərəfləri sakitləşdirmək istəyib. Bu zaman taksi sürücüsü Gəncəbayı qarnından bıçaqlayıb. Gəncəbay hadisə yerinə gələn təcili yardımla xəstəxanaya aparılıb.

Mədəniyyət xəbərləri
Olke.az digər xəbərlər