“Oskar” səsverməsində saxtakarlıq: Botlardan istifadə olunub

“Oskar” səsverməsində saxtakarlıq: Botlardan istifadə olunub

Bu il “Oskar” nominasiyaları arasına ilk dəfə olaraq tamaşaçıların rəyinə görə ən yaxşı film və ən yaxşı film fraqmenti kateqoriyaları daxil edilib.

Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, lakin yeni mükafatlar uğrunda səsvermə zamanı saxtakarlıq qeydə alınıb. Belə ki, səs verənlərin bəziləri real insanlar olmayıb.

Sözügedən nominasiyalarda Zak Snayderin “Ölülər ordusu” və “Ədalət Liqası”ndan Fleşlə səhnə qalib gəlib. Sorğularda ən fəal seçicilər isə avtonom robotlar – botlar olub. Botlardan istifadə edildiyini səsvermədə baş verən anomaliyalar da təsdiqləyir. Müəyyən günlərdə səslərin sayında sıçrayışlar olub. Məsələn, fevralın 27-də 25 min nəfər səs veribsə, digər günlərdə səslərin orta sayı 4-15 min arasında olub.

Açar sözlər
Zak Snayder
Mədəniyyət xəbərləri
Sozcu.az digər xəbərlər