Osteoxondroz adlı xəstəlik yoxdu

Osteoxondroz adlı xəstəlik yoxdu

Paralel.az xəbər verir ki, bu gün onurğa haqqında biliklər öncəkilərdən xeyli fərqlənir. Həkim A.Myasnikov bel-skelet ağrısının bu gün yer üzündə ən çox rast gəlinən problem olduğunu qeyd edir. Onun fikrincə, dik gəzmək üçün ödənişin tələb olunduğu osteoxondroz xəstəliyi əslində, yoxdur. Yəni onurğa üzərində aparılan əməliyyatlar böyük problemlərlə doludur və hər zaman lazım olmur. O, yaşla birlikdə onurğanın formasının dəyişdiyini, oynaqların yükünün artdığını və baş ağrısı da daxil olmaqla digər problemlərin ortaya çıxdığını izah edir. Ancaq ağrının səbəbləri fərqli olduğu üçün onun əsli bilinməlidir: “Hər ağrı osteoxondrozdur deyərək, manual terapevt dediyimiz insanları qidalandırırıq. Doğrudur, yaxşıları var, amma bununla belə, bu gün hamı onurğa əməliyyatı üçün göndərilir. Bu isə hazırda milyonlarla dollarlıq nəhəng bir prosesdir”.

Həkim xatırladır ki, 150 il əvvəl maşın, lift yox idi, insanlar atlarla hərəkət edir, pilləkənlərlə qalxırdılar: “Biz bu gün çox gəzmirik, kürsülərə oturub arxaya söykənirik. Dik oturmaq çətindir, buna öyrəşməmişik, amma əvvəllər kəndlərdə stul da yox idi. Məktəbdən bəri əyri otururuq, bir çiynimiz o birisindən daha yüksəkdir. Amma bu problemlərə baxmadan, onurğa üzərində işləyirlər. Osteoxondroz adlı bir xəstəlik yoxdur. Buna baxmayaraq, insanlar əməliyyata göndərilir. Həkim də “pulunuzu hazırlayın” deyir. Bel ağrısının ən yaxşı müalicəsi normal bədən çəkisinə qədər arıqlamaq, hərəkət və gimnastika etməkdir”.

Nigar

Hadisə xəbərləri
Paralel.az digər xəbərlər