Ötən həftə qanunsuz miqrant saxlanıldı - FOTOLAR

Ötən həftə qanunsuz miqrant saxlanıldı -  FOTOLAR

Ötən həftə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb.

DMX-dən Metbuat.az-a bildirilib ki, onlardan 1 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə, 2 nəfərin qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, 5 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 94 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 85 nəfər barəsində inzibati qərarlar verilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Dövlət Miqrasiya Xidməti , Azərbaycan Xəbərləri Class , Azərbaycan Respublikası
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər