Ötən il Azərbaycanda 64 ixtira qeydə alınıb

Ötən il Azərbaycanda 64 ixtira qeydə alınıb

İxtiralara dair 64 patent qeydiyyata alınıb

Ötən il Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur.

Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, olardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.(Trend.az)

loading...

İqtisadiyyat xəbərləri
Pia.az digər xəbərlər