Ötən il məhkəmələrdə 900 minə yaxın icra işi olub - 60 faizi təmin edilib

Ötən il məhkəmələrdə 900 minə yaxın icra işi olub - 60 faizi təmin edilib

Ötən il məhkəmələrdə 900 minə yaxın icra işi olub - 60 faizi təmin edilib

11:41 06 Mart 2019


"Ötən illər ərzində vergi və sığorta borcları ilə bağlı edilən güzəştlər gözəl nümunədir. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verilən fərman isə yüzminlərlə problemli kreditlərin taleyini həll etdi. Bu gələcəkdə məhkəmə və icra qurumlarının da iş yükünün azaldılması deməkdir. Bu bir çox məhkəmə və icrada olan işlərin geri çağırılması deməkdir".


Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib. O, bildirib ki, son illər icra xidmətinin iş yükü kəskin artıb:

"Cənab prezidentin də ötən çıxışlarından birində qeyd etdiyi kimi tezliklə məhkəmə hüquq sahəsində də ciddi islahatların şahidi olacağıq. 2018-ci ildə 900 minə yaxın icra işi olub. Hər bir iş ən azı 2 nəfərin həyatına təsir edirsə, ortaya çox böyük rəqəm çıxır. 2018-ci ildə 60,5 faiz işlərin icrası təmin edilib. Biz son illərdə icra işlərinin təmin olunmasını çoxaltmaq üçün hansı işləri gördük? İcra qurumlarının iş şəraiti yaxşılaşdırdıq, yerli qurumları avtomobillərlə təchiz etdik, 30-a yaxın inzibati bina təmir olundu, işdə fərqlənən işçilərə həvəsləndirici mükafatlar verildi, eyni zamanda vəzifələrini yüksəltdik".

"2018-ci ildə işləri icrada olan tələbkarlara 1 milyard 154 milyon manat ödənilib. 2017-ci ildə aliment işlərinin 95 faizi icra olunub. Son 2 ildə vergi borclarının icrası nəticəsində dövlət büdcəsinə 30 milyon manat ödənilib", - deyə idarə rəisi qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər:#icra #ədliyyə #qanun #hüquq

Oxunub: 824


Siyasət xəbərləri

Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ

26-04-2019 14:11 - Cebhe.info - Siyasət
Eldar Əzizov nazirlik, komitə və agentlik rəhbərlərini meriyaya topladı, birgə qərargah yaradıldı - MÜŞAVİRƏ
 26/04/2019 14:11:30 Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

BŞİH-in Mətbuat xidmətindənverilən məlumata görə, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanin tapşırıq və tövsiyələrinə uyğun olaraq, paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədi ilə müvafiq tədbirlər görüləcək.

Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb.

Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar.

İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb.
Femida.az digər xəbərlər