"Otokar" IDEF-2109 sərgisində ilk dəfə "Ural SOV"u təqdim edib

"Otokar" IDEF-2109 sərgisində ilk dəfə "Ural SOV"u təqdim edib

Şirkətin müasir dünya görüşünün xüsusi bir məhsulu olan "Ural" platforması, fərqli istifadəçilərin dəyişik konfiqurasiyadakı 4x4 zirehli və ya zirehsız taktiki vasitə ehtiyaclarının qarşılanması üçün hazırlanıb.

Modulyar quruluşu və ölçüləri sayəsində fərqli vəzifələr üçün nəzərdə tutulan, silah sistemlərinə və digər konfiqurasiyalara asanlıqla adaptasiya edilə bilən "Ural" platformasının istifadəçi istəklərinə görə uyğunlaşdırılan əvvəlki versiyaları bir neçə ölkədə aktiv istismar edilir.

Xüsusi qüvvələr tərəfindən icra edilən əməliyyatlarda ehtiyacları ödəmək üçün hazırlanan "Ural" maşını üstün hərəkət qabiliyyəti ilə bərabər, döşəmə və korpusunun yarısına qədər zirehli olması sayəsində, personala ballistik, mina və əl istehsalı partlayıcı vasitələrdən qorunmanı təmin edir.

Komandir və sürücü daxil olmaqla maşın 5 nəfərlik personal daşıya bilir, ən çətin ərazi və iqlim şəraitində yüksək taktiki və mobil imkanlar nümayiş etdirir. Tavanında 12,7 millimetr, ön və arxa tərəfdə isə 7,62 millimetr silah yerləşdirmə xüsusiyyəti isə bu vasitənin dərin kəşfiyyat və digər xüsusi taktiki vəzifələr üçün ideal bir variant hesab edilməsinə şərait yaradır.

"Ural" 168 at gücünə malik mühərriki 106 litrlik yanacaq çəni ilə təmin edir. Dəmir yolu, dəniz, hava yolu ilə nəql edilə bilən avtomobilin çəkisi 6,4 tondur. Saatda 110 kilometrədək sürətə malik olan "Ural" 600 kilometr məsafəni bir dəfəyə qət edə bilir. Vasitə sifarişə əsasən özünü xilas etmə qurğusu, tüstü bombaları, kamuflyaj işıq sistemi, infraqırmızı fənər ilə təchiz oluna bilər.

Hərbi ekspert Ədalət Verdiyev

İKT xəbərləri
Ordu.az digər xəbərlər