Oturaq həyat tərzi ölüm riskini artırır - Həyəcan təbili...

Oturaq həyat tərzi ölüm riskini artırır -
Həyəcan təbili...

Oturaq həyat tərzi erkən ölüm riskini artırır.


Moderator.az xəbər verir ki, bu haqda Amerika Kordioloji Kollecinin mütəxəssisləri məlumat yayıb. Alimlər insanlara bunun qarşısını almaq üçün fiziki fəaliyyətlərini artırmağı tövsiyə edib. Bunun üçün isə həftədə ən azı 6-7 saat fiziki fəaliyyətlə məşğul olmaq məsləhət görülür.

Tədqiqat 45 yaş üzərində olan insanlar arasında aparılıb. Onlar sorğulara cavab vermək üçün təqdim olunan anket formalarını doldurublar. Cavablardan asılı olaraq könüllülər bir neçə qrupa bölünüb. Dörd saatdan az oturanlar, 4-8 saat, 6-8 saat və gündə 8 saatdan çox oturanlar qrupuna bölünüblər.

Qeyd olunur ki, uzun müddətli oturma (6 saatdan çox) ürək-damar xəstəliklərinə və o cümlədən yüksək ölüm riskinə səbəb olur. Tez-tez və sıx fiziki məşqlərin sağlamlığa müsbət təsir göstərdiyi bildirilir.


Vasif Əlihüseyn

İKT xəbərləri
Moderator.az digər xəbərlər