Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəlib - İDDİA+FOTO
21-01-2021 00:06
- Oxu.az - Siyasət
Erməni politoloq və vəkil Robert Makaryan iddia edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jiletdə gəlib. “Qorxaq başçı parlamentin iclasında güllə keçirməyən jiletdə idi? Video görüntülərindən məlumdur ki, baş nazir vəzifəsini tutan şəxs köynəyinin altından nə isə geyinib.