Öz-özünü çoxaldan material

Öz-özünü çoxaldan material

İnsanlar və digər canlılar kimi təkmilləşə bilən maşınların yolunu açacaq bir kəşf edildi. Yaradılmış yeni materialın öz maddələr mübadiləsisi var və özünü çoxalda bilir.

Kornell Universitetinin mühəndisləri həyatın təməl xüsusiyyətlərindən üçünü göstərə bilən bir material yaratdı. Araşdırmaçılar bu müvəffəqiyyəti, canlı xüsusiyyətləri daşıyan maşınlar yaratmaq məqsədilə etdikləri təcrübələrdə əldə etdi. Təcrübələrdə DNT və biomateriallar istifadə edildi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,DASH adı verilən bu materialların istehsalı üçün əvvəl DNT yaradıldı. Bu DNT-lər, biomaterialları istifadə edib kimyəvi reaksiyaları idarə edərək vəsaitin həyatına davam etməsini təmin edir.

Araşdırmaçılar məqsədlərinin həyat yaratmaq olmadığını, canlılıq xüsusiyyətlərinə sahib maşınlar yaratmaq olduğunu söyləyir. Bioloji və ekoloji mühəndislik professoru Dan Luo, canlı bir şey yaratmadıqlarını, bu materialların daha əvvəl görülməmiş səviyyədə canlıya bənzədiyini söyləyir.

DNT-lərdə işlənən məlumatlar sayəsində material, öz maddələr mübadiləsisinə sahibdir və özünü yeniləyib öz-özünə böyüyə bilir. Material, yeni strukturlar meydana gətirməklə yanaşı, köhnələn və artıq iş görməyən qisimlərini də ortadan qaldırır. DNT zənciri isə xüsusi bir maye quruluşu içərisində var.

Dizayn hələ primitiv olsa da, daha təbii və daha canlı bənzəri maşınların edilməsinin önünü açacaq. Araşdırmaçılar, vəsaitin işığı qəbul etməsini və öz-özünə yemək tapa bilməsini təmin etməyi məqsəd qoyur.

Milli.Az

İKT xəbərləri
 Azərbaycanda Falcons Summit sammiti keçirilir

Azərbaycanda Falcons Summit sammiti keçirilir

26-04-2019 15:50 - Xeberler.az - İKT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən Bakı şəhərində “Falcons Summit” adlı qlobal tədbir təşkil olunub.
Xeberler.az bildirir ki, “Falcons Summit”in əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən innovativ startap layihələrinin investorlara təqdim edilməsi, maliyyələşdirmə imkanlarının müzakirəsi və Azərbaycanın mövcud sərmayə imkanlarının nümayişindən ibarətdir.
Tədbir kapitalın artırılması və böyük investorlar, biznes liderləri, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar əlaqələr yaratmaq arzusunda olan startap şirkətləri üçün yeni imkanlar yaratmağa hədəflənib.
Sammitin bu gün keçirilən açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BP şirkətinin rəhbər şəxsləri çıxış edib.
Daha sonra İnnovasiyalar Agentliyi tərəfindən hazırlanan Azərbaycanın investisiya potensialını, ölkəmizə investisiya yatırımının perspektivlərini əhatə edən “İnnovaNation” adlı videoçarx nümayiş olunub.
Sözügedən sammit Körfəz ölkələrindən (Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman), eləcə də, Yaponiya, İtaliya, Fransa, İsrail, İsveçrə, Böyük Britaniya, Türkiyə, Belarus, ABŞ, Qazaxıstan, Koreya, Braziliya, Almaniya, Rusiya, Çexiya, Hindistan və Ukraynadan olan investor, startapçı, sahibkar, şirkət və təşkilat nümayəndələrini bir araya toplayıb.
Tədbirdə adıçəkilən ölkələrdən nümayəndə heyəti ilə yanaşı, dövlət və hökumət strukturlarından rəhbər şəxslər, diplomatik korpusların təmsilçiləri, bank-maliyyə seqmentinin nümayəndələri və özəl şirkət təsisçiləri iştirak edib.
Ümumilikdə tədbirə 500-dən çox layihə və şirkətlərin nümayəndələri qatılıb.
26 aprel tarixinədək davam edəcək “Falcons Summit” çərçivəsində potensial investor, vençur fond və startap şirkətləri arasında “B2B” formatında görüşlərin təşkili də nəzərdə tutulur.
Milli.az digər xəbərlər