Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü yüksək səviyyədə qeyd olunub

Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü yüksək səviyyədə qeyd olunub

Daşkənd, 9 may, АZƏRTAC

Özbəkistanda 9 May - Xatirə və Ehtiram Günü kimi yüksək səviyyədə olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, Böyük Vətən müharibəsinin veteranları, səfirlər, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Şavkat Mirziyoyev və digər iştirakçılar Daşkəndin mərkəzindəki “Kədərli ana” abidəsinin qarşısına və naməlum əsgərin məzarı önünə əklillər və çiçək dəstələri qoyublar.

Abidə qarşısına Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev səfirlik adından əklil qoyub.

Şavkat Mirziyoyev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mərasimə toplaşanları təbrik edib, veteranların hər cür ehtirama layiq olduğunu bildirib. Dövlət başçısı deyib ki, müharibədə 1,5 milyon Özbəkistan vətəndaşı iştirak edib. 500 milyondan artıq vətəndaş həlak olub, 133 min nəfər itkin düşüb, 60 min hərbçi isə müharibədən əlil olaraq qayıdıb.

Mərasim incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər