Özbəkistanın Ədliyyə Nazirliyi ekstremist təşkilatların siyahısını elan edib

Özbəkistanın Ədliyyə Nazirliyi ekstremist təşkilatların siyahısını elan edib

Daşkənd, 9 may, AZƏRTAC

Özbəkistanın Ədliyyə Nazirliyi ölkədə qadağan olunmuş ekstremist təşkilatların və resursların siyahısını elan edib.

AZƏRTAC xəbər verir ki, bundan əvvəl Özbəkistan Ali Məhkəməsi bu təşkilat və resursların fəaliyyətinin qadağan edilməsi haqqında qərar çıxarıb.

Bildirilir ki, Ali Məhkəmənin qərarına görə, xarici ölkələrdə fəaliyyət göstərən “najot.info” və “hizbuzistanistan.info” və digər informasiya portalları, TV kanalları, Facebook, Youtube və Telegram sosial şəbəkələrindəki kanal və səhifələr ekstremist və terrorçu elan edilib.

Siyahıda 40 sayt, sosial şəbəkə və TV-nin adı var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər