Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim

Özbəkistanlı idmançı: Bakıda tamaşaçıları çox bəyəndim

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılara azarkeşlik etməyə gələn tamaşaçılar çox xoşuma gəldi. Bu təəssüratlarını Trend-ə Özbəkistandan olan gimnast Yekaterina Fetisova danışıb.

Özbəkistanlı idmançı deyib: "Tamaşaçılar bütün idmançıları fəal alqışlayır, hamıya azarkeşlik edirlər. O ki qaldı mənim çıxışıma, daha yaxşı çıxış edə bilərdim".

Y.Fetisova əlavə edib ki, Milli Gimnastika Arenasını da çox bəyənib: Bakıda Milli Gimnastika Arenası çox gözəldir, bizim üçün yaxşı şərait yaradılıb, hər şey çox rahatdır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır. Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Zöhrə Ağamirova , Dünya Kubo , Nərmin Cahangirova , Ayna Cəfərova , Milli Gimnastika Arena , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Özbəkistan Xəbərləri Class , Azərbaycan , Bakı , Özbəkistan
İdman xəbərləri
Metbuat.az digər xəbərlər