"Özümə gələndə həyat yoldaşım qanlar içində yerdə yatırdı..." - Faciəvi ölüm - FOTO

"Özümə gələndə həyat yoldaşım qanlar içində yerdə yatırdı..." - Faciəvi ölüm - FOTO

Bursada 80 yaşlı şəkər xəstəsi olan kişi həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kazım Korur həyat yoldaşı Fatma Koruru 12 yerindən bıçaqlayıb.

Kazım Korur məhkəmədə ifadəsində bildirib ki, hadisə günü həyat yoldaşı ilə mübahisə edib:
"Əvvəllər də mübahisələrimiz olurdu. Şəkər xəstəsiyəm deyə çox əsəbi oluram. Özümə gələndə həyat yoldaşım qanlar içində yerdə yatırdı. Onu öldürmək istəmirdim. Özüm polisə gedərək təslim olmuşam. Törətdiyim əməldən peşmanam".

Aysel Yusifqızı

Hadisə xəbərləri
Big.az digər xəbərlər