"Özümü gənc hesab edirəm, Conu bilmirəm" - Tramp

"Özümü gənc hesab edirəm, Conu bilmirəm" - Tramp
72 yaşlı ABŞ Prezidenti Donald Tramp 76 yaşında prezidentliyə namizədliyini irəli sürən Co Baydenin çox yaşlı olduğuna eyham vurub.

Co Bayden

Axar.az xəbər verir ki, Ağ Evdə ayaqüstü jurnalistlərin suallarını cavablandıran Tramp özünü gənc bir adam kimi hiss etdiyini bildirib.

"Gənc bir kişiyəm. Coya baxıram, onun durumunu bilmirəm", - Tramp qeyd edib.

Qeyd edək ki, Demokratlar Partiyasının üzvü Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

Siyasət xəbərləri

Yüzlərlə gənc könüllülər sıralarına qatılır

26-04-2019 11:46 - Teleqraf.com - Siyasət

 
 
 Ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində təbliğat və maarifləndirmə işlərinin daha da genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış “Təbiəti könüllü qoruyaq” adlı könüllülər proqramının ali məktəblərdə təqdimatı keçirilib.

 

Teleqraf.com xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında, İqtisad, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Bakı Ali Neft Məktəbində keçirilən təqdimatlarda ETSN-nin nümayəndələri tələbələrə ekokönüllü proqramının məqsədi, iştirak qaydaları, imkanları və gənclərin bu cür layihələrə cəlb edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

 

Bildirilib ki, könüllülük fəaliyyətinə qoşulan gənclər ətraf mühit və təbii sərvətlərin qorunması istiqamətində aparılan təbliğat və maarifləndirmə işlərində yaxından iştirak edəcək, proqram çərçivəsində Nazirliyin mütəxəssisləri tərəfindən onlara əmək vərdişləri aşılayan təlimlər keçiriləcək və nəzəri-praktik biliklərin qazanılması üçün geniş şərait yaradılacaq.

 

Seçilənlərə xüsusi sertifikatlar veriləcək və onlar ehtiyat kadrlar siyahısına alınaraq gələcəkdə ETSN-də kadr heyətinin formalaşdırılmasında iştirak edəcəklər.
Bizimyol.info digər xəbərlər