“Özümü yaxşı tanıyıram, qüsurluyam” - Müğənnidən şok etiraf


İnsan ürəyində nə daşıyırsa, dünyaya baxanda da onu görür. Hər kəs görmək istədiyini görür, qabında nə varsa, onu, öz dünyasını, öz pəncərəsindən baxdığı qədər görür. Başqalarına deyil, özümüzə baxmağı bacarmalıyıq.

Teleqraf.com xəbər verir ki, müğənni İradə İbrahimova özünün İnstaqram səhifəsindəki paylaşımında qeyd edib.

Onun fikrincə, insan öz nöqsanlarını görə bilməlidir: “Mən əfsanəyəm, çox gözələm, nə şəhanə, tayı-bərabəri olmayan bir insanam” deyənlər varsa, yaxşı qəbul edin, ya da qəbul etməyə çalışın. Ən azından özünüzü sınayın. Bəlkə doğrudan tayı-bərabəri yoxdur, dünyanın ən gözəl insanıdır. Biz özümüzü bilək, özümüzə baxaq, nöqsanları, səhvləri olanlardan və tamamlanmayacaq qədər çox olanlardan olaq”.

İradə İbrahimova vurğulayıb ki, hər zaman qüsurlu, güzgüyə baxmağa möhtac olmalıyıq: “Sizi bilmirəm, amma mən özümü yaxşı tanıyıram, nöqsanım var, səhvli, qüsurluyam”.


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər