Pakistan donanması yeni təyyarə və helikopterlərini qəbul edib

Pakistan donanması yeni təyyarə və helikopterlərini qəbul edib
Ordu.az xəbər verir ki, bu barədə Pakistan donanmasının mətbuat xidməti məlumat yayıb.

ATR təyyarəsi qabaqcıl silah və sensorlarla təmin olunub və donanmanı müasir dəniz müharibəsi şərtlərinə uyğun əməliyyat bacarıqları ilə təmin edəcək. Britaniyadan alınmış “Mk 3A/Mk 4 Sea King” helikopterləri isə axtarış və xilasetmə əməliyyatlarında da iştirak edə biləcək.

Donanma, eyni zamanda Z9EC sualtı əleyhinə helikopter simulyatorundan istifadə edərək təyyarə heyətlərinin təlim səviyyəsini yoxlayıb.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər