Parisdən Mumbaya uçan təyyarə İranda enməyə məcbur olub

Parisdən Mumbaya uçan təyyarə İranda enməyə məcbur olub

Nəticədə xəsarət alan olmayıb

Fransanın “Air France” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İranın İsfahan şəhərindəki Şəhid Beheşti adına beynəlxalq hava limanına məcburi eniş edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “IRNA” agentliyi yerli böhran vəziyyətləri idarəsinə istinadən məlumat yayıb. Bildirilir ki, nəticədə heç kim xəsarət almayıb.

“Air France” şirkətindən yayılan açıqlamaya görə, Parisdən Mumbaya uçan təyyarə havalandırma sistemində yaranmış nasazlıq səbəbindən məcburi eniş etməli olub. Şirkət yaranmış xoşagəlməz hala görə öz müştərilərindən üzr istəyib.

pia.az