"Paşinyan bu addımı atmaqda müstəqil deyil" ÖZƏL-RƏY

"Paşinyan bu addımı atmaqda müstəqil deyil" ÖZƏL-RƏY

“Azərbaycan Prezidentinin “Qarabağ probleminin həlli yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” bəyanatı danışıqların ilk günlərindən və atəşkəs rejimindən bu günə qədər dəyişməyən mövqedir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, bu illər ərzində Ermənistan tərəfindən danışıqların qəsdən uzadılması, yarımçıq kəsilməsi və başqa hiyləgər yollara əl atılması və digər cəhdlər məhz ərazi bütövlüyü məsləsini danışıqlar predmetindən çıxartmaq üçün olub: “Artıq bu illər ərzində Azərbaycanın birmənalı və dəyişməz siyasi kursu problemin həlli ilə məşğul olan bütün qurumları ərazi bütövlüyü prinsipini qəbul etməyə məcbur edib. Artıq ATƏT, ABŞ və Almaniya kimi güclü region dövləti Qarabağ probleminin həllində ərazi bütövlüyü prinsipini qəbul edir və hətta qeyd-şərtsiz olaraq işğal olunmuş ərazilərdən 7 rayonun qaytarılması məsələsi qoyulur. Bu təzyiqlərin qarşısında Ermənistan rəhbərliyi seytnot vəziyyətinə düşdüyünü görür. Artıq problemin həlli üçün real hərəkətə keçmək tələb olunur. Ona görə də Paşinyan sülh sənədinə imza atmağa məhkumdur. Məsələ ondadır ki, bu sülh müqaviləsi erməniləri qane etsə belə Paşinyan bu addımı atmaqda müstəqil deyil.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən dərhal sonra Paşinyanın Putinlə əlaqə yaratması bizim üçün gözlənilməz deyil. Hətta deyərdim ki, Paşinyan Putinlə əlaqə yaratmasaydı, o zaman bu gediş sensasiya olardı və bu barədə ciddi düşünməyinə dəyərdi. İndiyə qədər baş tutmuş bütün danışıqlar öncəsi və sonrası Ermənistan rəhbərləri bir qayda olaraq Rusiyaya hesab veriblər və heç də bunu ictimaiyyətdən gizli saxlamırlar. İlk növbədə, bu ənənə Ermənistanın müstəqil dövlət olmadığı və heç bir taleyüklü məsələlərdə qərar vermək səlahiyyətində olmadığına sübutdur”.

Siyasət xəbərləri
Sia.az digər xəbərlər
AFFA İK cərimə və cəzaları açıqladı

AFFA İK cərimə və cəzaları açıqladı

03-04-2019 15:14 - Sia.az - İdman
Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunur (maddə 61.4).30 mart 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur(maddə 48).1 aprel 2019-cu il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının XXII turunun “Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunur (maddə 52).29 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun “Zirə-2” – “Sabah-2” matçının 37-ci dəqiqəsində “Zirə-2” klubunun 7 №-li futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).28 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun “Səbail-2” – “Neftçi-2” matçında “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).28 mart 2019-cu il, 2018/2019 mövsümündə, I divizionun XX turunun “Sumqayıt-2” – “Zaqatala” matçında “Sumqayıt-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).