Paşinyan etiraf etdi

Paşinyan etiraf etdi

"Rusiyada komandamızın üzvlərinə inamsızlıq var”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Civilnet”ə müsahibəsində deyib.

“Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektorunu Rusiyanı sevməyən beynəlxalq təşkilatlar maliyyələşdırib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zaman-zaman bu həll olacaq“, - Nikol Paşinyan vurğulayıb.

O qeyd edib ki, dövlətlərarası institutlar qarşılıqlı şəkildə fəaliyyətə başlayandan sonra iki ölkənin məmurları bir-birini başa düşəcək.(“Report”)

Açar sözlər
Nikol Paşinyan , Vətəndaş Cəmiyyəti , Rusiya , Ermənistan
Siyasət xəbərləri
Virtualaz.org digər xəbərlər