Paşinyan müxalifət liderini sıradan çıxarır


Paşinyan müxalifət liderini sıradan çıxarır

“Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki fraksiyasında daxili gərginlik artır.

Cebhe.info-nun məlumatına görə, Ermənistan hökuməti ÇEP-nin lideri Qagik Tsarukyanı neytrallaşdırmaq niyyətindədir. Bununla bağlı “Jovaxurd” qəzeti yazır ki, buna əsas dəlil kimi “Vətəndaş Qərarı” Partiyasının Qagik Tsarukyanın konstitusiyanı pozması və deputat toxunulmazlığının ləğv edilərək barəsində cinayət işin açılması barədə gözlənilməyən müraciəti ola bilər. Mənbə qeyd edir ki, hakim “Vətəndaş Sazişi” Partiyasında da Qagik Tsarukyanın “sahibkarlıq” fəaliyyəti ilə bağlı narazılıq artır və bu məsələ Paşinyanın lideri olduğu “Mənim addımım” blokunun fraksiyasının iclasında geniş müzakirə olunub.

“Çiçəklənən Ermənistan” fraksiyasının katibi Aram Abovyan isə jurnalistlərə sözügedən məsələ ilə bağlı rəsmi bəyanat olmadığından şərh verə bilməcəyini deyib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 45