Paşinyan Qarabağa gəlib

Paşinyan Qarabağa gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

İnterPress.Az xəbər verir bu məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənstan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezidenti Serj Sarqsyan da Qarabağa gəliblər.

Xatırladaq ki, 1992-c il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib.

İnterPress.Az


Siyasət xəbərləri
Interpress.az digər xəbərlər