Paşinyan Xankəndinə gəlib –Parlamentin sədri və keçmiş prezident də Qarabağdadır


Paşinyan Xankəndinə gəlib –Parlamentin sədri və keçmiş prezident də Qarabağdadır

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Məlumatı Ermənistan KİV-ləri yayıb.

Bildirilib ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sərksyan da Qarabağa gəliblər.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib. /Report/

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər