Paşinyan yenə qanunsuz olaraq Qarabağa gəlib

Paşinyan yenə qanunsuz olaraq Qarabağa gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anait Saakyanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, onu Xankəndi hava limanında separatçı rejimin başçısı Bako Saakyan qarşılayıb.

Qeyd edək ki, mayın 8-də Ermənistan parlamentinin sədri Ararat Mirzoyan, keçmiş prezident Serj Sarqsyan da Qarabağa gəlib.

Xatırladaq ki, 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhəri Ermənistan və havadarları tərəfindən işğal edilib.

Siyasət xəbərləri
Azxeber.com digər xəbərlər