Paşinyana Vyana qulaqburması vermək fürsəti...

Paşinyana Vyana qulaqburması vermək fürsəti...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın elan edildiyi kimi martın 29-da Vyanada görüşü gözlənilir. İndiyədək baş tutmuş üç qeyri-rəsmi görüşdən (Düşənbə, Sankt Peterburq, Davos) sonra bu, iki ölkə rəhbəri arasında ilk rəsmi görüş olacaq.


Danışıqlarda Dağlıq Qarabağın iştirakının vacibliyini arqumentləşdirməyə çalışan Paşinyanın təkidləri ilk növbədə Azərbaycan tərəfdən, daha sonra ATƏT-in Minsk Qrupu tərəfindən rədd edildikdən sonra erməni tərəf görüş öncəsi bir diskomfort yaşayır və bunu həm erməni KİV-lərində, həm də onları dəstəkləyən Rusiya mediasında dərc olunan yazılardan hiss etmək mümkündür. “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerovun erməniləri açıq dəstəkləməsi yenilik deyil, bu dəfə isə əsəblərinə sakin ola bilməyən Modest , çəkinmədən Paşinyana məsləhət görür ki, ümumiyyətlə Vyana görüşündən imtina etin. “O Paşinyanı inandırmağa çalışır ki, müzakirə olunan əsas məsələ yenə “Madrid prinsipləri”olacaqsa, bu, birmənalı şəkildə “Arsax”ın əleyhinədir və orda aydın olmayan bir şey yoxdur”.


Millətlərin özünütəyinetmə prinsipləri əsasında məsələ həll olunacaqsa , bu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. Əvvəllər olduğu kimi, görüş öncəsi də Azərbaycan dövlət başçısının verdiyi bu bəyanata Moskvanın rəsmi münasibət bildirməməsi erməni politoloqlarını, media nümayəndələrini narahat edib və şərhlərində Rusiya və onun lideri Putini sərt şəkildə qınayır, hətta hədələyirlər. Siyasi məqalələri ilə az qala hər gün Qarabağ mövzusunda “Lraqir.am” saytında analitik yazılar yazan Naira Ayrumyan məsələyə bu cür münasibət bildirir:” Moskva çətin ki, Arsaxın özünü təyinetmə məsələsinin həllində”- Əliyevin Azərbaycanın əraz bütövlüyü çərçivəsində həll olmalıdıdır”-bəyanatının real olmadığını deməyə can atsın. Amma, Moskva əksini də deyə bilməz(!), ona görə ki, qarşısında Ermənistanı görəcək, həm də köhnə Ermənistanı yox, yenisini görəcək”.

Bu fikirlərin müəllifi bildirir ki, Ermənistan üçün Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli qəbulolunmazdır və Moskva bunu anlamalıdır. “ Minsk Qrupu səviyyəsində danışıqları hücuma məruz qoyub və Moskvanın monopoliyasına qaytarmaq, Moskva üçün çox kədərli ola bilər. Moskvada bunu anlayırlar və buna görə də rəsmi bəyanatlardan çəkinirlər”- Ayrumyan yazısını belə yekunlaşdırır.


Vyana görüşündən xüsusi gözlənti olmasa da, Azərbaycan mövqeyini sərt şəkildə bildirməli, həmsədrləri də fakt qarşısında qoymalıdır. Bu görüş, görüş xatirinə deyil, Azərbaycanın əlavə 25 il gözləməyəcəyini bildirən görüş olmalıdır. Konfliktin tezliklə həll prinsiplərinin aydınlaşmasında mühüm mərhələnin başlanğıcının qoyulduğunu əks etdirən bir görüş olmalıdır.


Dünyada işğal olunmuş ərazilər ətrafında baş verən proseslərin çox qarışıq, nizamsız, beynəlxalq hüquqa zidd olan, bəzən isə tam volyuntarist qərarlarla müşayət olunduğu açıq görünür. ABŞ prezidenti Trampın Colan təpələri ilə bağlı verdiyi qərar və İsrail Baş naziri Netenyahu ilə tələsik görüşməsi, bir daha göstərir ki, konfliktlər heç də beynəlxalq hüquq müstəvisində deyil, güc prinsipləri ilə həll olunur. 51 ildir ki, Colan təpələri işğal olunub və bu günədək də işğal yerində İsrail 20 mindən çox məskunlaşma aparıb. Hətta,məskunlaşmanı qadağan edən Oslo razılaşmasından sonra İsrail bütün işğal ərazilərində 600 000 min məskunlaşma aparıb. Həmin müqaviləni imzalayan başqa böyük güclər isə artıq bu məskunlaşma ilə barışmağı təklif edir və -“ bu artıq reallıqdır” deyir. Sonda isə sadəcə “reallıqdır” deməklə kifayətlənməyib, reallığı qanun, qərar şəklinə saldılar. Trampın son qərarı bunu sübut edir.


Günah kimdədir? İlk növbədə Suriyada. Suriya Colan təpələrini danışıq yolu ilə ala bilməyəndə, gücə cəhd etməli idi, İsrailə gücü çatmasa da, sakit dayanmamalı və elan etməli idi ki, bu yerlər bizimdir. Ərəb baharı Suriyanı da əhatə etsəydi, bəlkə də Colan təpələri məsələsində qarşılıqlı maraqları gözləyən bir razılaşma əldə edilmişdi və ya ən azı Tramp belə yaramaz bir bəyanatla çıxış etməzdi.


Ümumiyyətlə, kimin torpağı işğal olunubsa və o torpaqları azad edə bilmirsə, günah işğalçıda yox, torpağın əsl sahibindədir-Azərbaycandadır. 25 illik Qarabağ münaqişəsinin uzanmasının da birinci günahkarı özümüzük. Bu illər ərzində vətənimizin azad edilməsi uğruna zəruri olan addımları atmaq üçün dövlət və millət olaraq səfərbər ola bilməmişik. Məqsəd və hədəfimizin yalnız Qarabağın azadlığı uğrunda olduğunu dünyaya sübut edə bilməmişik. Biz ikinci və üçüncü dərəcəli məsələlərə xüsusi maraq ayırmaqla dövlət və millətin diqqətini Qarabağdan ayırmışıq. Ona görə sabah Amerikanın, ya Rusiyanın hansısa dövlət başçısı Qarabağla əlaqədar Trampsayağı bəyanat versə, ilk günahı özümüzdə görməliyik.


Bu mənada Vyana görüşünü, ümumiyyətlə bu gündən sonra baş tuta biləcək istənilən rəsmi və ya qeyri –rəsmi görüşlərdə mövqeyimizi aydın və sərt şəkildə qoymalı, yalnız düşmənə deyil, bütün dünyaya bildirməliyik ki, biz vətən torpağının bir qarışını da güzəştə getmirik və onu azad etmək üçün hərbi yola da həmişə hazırıq.

Moderator.az -ın Analitik qrupu

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər
29 il öncə Ermənistanın Azərbaycana hücum anı... - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO

29 il öncə Ermənistanın Azərbaycana hücum anı... - Şeyxin atdığı mandat, deputatların qəzəbli müraciəti - FOTO

26-03-2019 16:43 - Moderator.az - Siyasət
Aydın deyil ki, Sovet Ordusunun və daxili qoşunların rəhbərliyi nəyə görə terrorçuların azğın hərəkətlərinə fikir vermir? Ermənistan ərazisindən yaxşıca silahlanmış və Azərbaycan SSR-ə qarşı elan edilməmiş müharibə aparan çoxminli ordunun əməllərinə niyə göz yumur?Azərbaycandan olan SSRİ xalq deputatları sizə müraciət edərək sizə verilmiş bütün prezident səlahiyyətlərindən istifadə edərək təxirəsalınmaz tədbirlər görməyi təkidlə tələb edirlər:-Ermənistan SSR-də əslində nizami orduya çevrilmiş silahlı dəstələrin dərhal tərksilah edilməsi üçün qoşunlardan istifadə edilsin.-Zaqafqaziyaya silah, o cümlədən ən müasir silahlar gətirən kanallar təcili sürətdə müəyyən edilsin”. Həmin müraciətdə deyilirdi ki, martın 24-26-da edilən hucumları Azərbaycan SSR-in süverenliyinə və ərazi bütövlüyünə silahlı qəsd kimi qiymətləndirirlər: “Biz sual edirik? Cəzasızlıq nə vaxta qədər davam edəcək? Nə üçün 7 milyonluq Azərbaycan xalqı DQMV-in 140 min nəfərlik erməni əhalsinin iddialarına qurban verilir? Nə üçün Azərbaycan paytaxtında fövqəladə vəziyyət qüvvədədir, ölkənin ictimai-siyasi, mədəni həyatını iflic edir, amma qanunun cəzaverici qılıncı beynəlxlaq ekstemizimin və terrorizm yuvası olan Ermənistanda kəsərdən düşür?Erməni millətçilərinə, qanlı münaqişənin təşkilatçılarına qarşı dərhal ən qəti və təsirli tədbirlər görməyi, quldur birləşmələrinin tərksilah edilməsini və cəzalandırılmasını tələb edirik”.