“Paşinyanın nə qədər faktı ictimailəşdirməsi mühüm deyil” ZOQRABYAN

“Paşinyanın nə qədər faktı ictimailəşdirməsi mühüm deyil” ZOQRABYAN

“Mən, Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı bir illik fəaliyyətinin nəticələri ilə bağlı irəli sürdüyü 100 faktla tanış deyiləm”. SİA xəbər verir ki, bu “Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zoqrabyanın jurnalistlərlə açıqlamasını news.am saytı yayıb.

Erməni deputat hər hansı problem barədə ayrıca danışa bilməsində çətinlik çəkdiyini deyərək, belə məsələlərin xalqdan soruluşlmasını daha məntiqə uyğun hesab etdiyini bildirib. SİTAT: “Xalqdan soruşun. Əgər o (xalq) öz ailəsində, məişətində dəyişiklikləri görürsə, mən bunu ancaq alqışlaya bilərəm. Əgər görmürsə, burada nə qədər faktın ictimailəşdirilməsi mühüm deyil. Mənim üçün faktı bəyan etmək vacib deyil, maraqlı budur ki, xalq siyasi inqilabdan sonra həyat obrazında müsbət irəliləyişləri görür ya yox. Əgər görürsə, onda hər şey “OK”, yox, əgər görmürsə, onda nazirlər kabinetinin də, bizim də qarşıda çox işlərimiz var”.

Zoqrabyan özünə gəlincə, erməni deputatı xalqın həyat səviyyəsinin yüksəlməsi və rifah halının yaxşılaşması ilə bağlı heç bir müsbət məqam barədə danışa bilməyəcəyini deyib.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər