Paşinyan:"Mən həbsxanaya girməyə hazıram"

Paşinyan:"Mən həbsxanaya girməyə hazıram"

Karen Karapetyan Paşinyana 270 milyon dollar verib?


"Əgər mənim qohumlarımdan hansısa birdən varlanarsa mən həbsxanaya getməyə hazıram”.


Ermənistanın baş naziri yerli jurnalistlərin keçmiş prezident Serj Sarkisyanın siyasətə mümkün qayıdış haqqında sualına belə cavab verib.


Paşinyan bildirib ki, nə Sarkisyan, nə də həbsxanada olan Robert Koçaryan, nə də başqa keçmiş yüksək rütbəli məmurlar bu günə kimi qohumlarının hansı yolla birdən milyonçu olmasının səbəblərini izah edə bilməyiblər.


Erməni jurnalistləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin keçmiş baş nazir Karen Karapetyanın Paşinyana 270 milyon dollar verməyə hazır olması barədə verdiyi bəyanat maraqlandırıb.


"Karapetyan doğrudan da mənim yanıma gəlib. Amma çətin ki, 270 milyon bir çamadana yerləşsin”, - deyə Paşinyan bildirib.


Sadəlövh Paşinyan, yazıq bilmir ki, belə pullar çamadanla verilmir. Sadəcə, bank kartı deyilən bir vasitə var...