“Past”: Paşinyanın irəli sürdüyü “faktlar” əsassızdır

“Past”: Paşinyanın irəli sürdüyü “faktlar” əsassızdır
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat yayıb.

“Əslində dünən Nikol Paşinyanın açıqladığı fikirlərində yeni heç bir şey yox idi. Bir neçə saat ərzində Paşinyan öz “Facebook” qeydlərini, çıxışlarını anbaan təqdim edirdi. İstənilən halda Ermənistanda statistika manipulyasiyası institutu aradan qaldırılmır.

Bu statistikadan demək olar ki, Ermənistanın bütün Baş nazirləri istifadə edib və Nikol Paşinyanın da əsas silahı olmaqda davam edir. Hakimiyyətin birinci simaları ümumiyyətlə dərk etmək istəmirlər ki, sübutedilməz faktlar, statistikalar cəmiyyətə sıfır təsir göstərir və bir çox hallarda əks təsir edir.

Ermənistan şüarlar ölkəsi olaraq qalmaqda davam edir. Cəmiyyət bu şüarlar arxasında vədlər deyil, konkret işlər görmək istəyir. Nikol Paşinyan dünənki mətbuat konfransında iqtisadiyyatda sıçrayışa niyə nail olunmadığını izah etsəydi, daha məzmunlu ola bilərdi. Ancaq iqtisadiyyatın fəallığı inqilaba qədər olan dövrün göstəricilərindən fərqlənmir. Yaxud izah etməli idi ki, niyə məxməri inqilabı Ermənistanda sərmayə axını təmin edə bilmədi.

Nikol inqilab və Baş nazirliyin ilk dövrlərində iqtisadiyyata sərmayə axını barədə vədlər verirdi. Lakin dünən biz bu sualların cavablarını eşidə bilmədik, digər tərəfdən rəqəmlər və vədlər yolu ilə Paşinyan ictimai gözləntilərin yeni formasını təşkil etdi. Ancaq Baş nazirin inqilab vədləri və ritorikası keçmişdəki kimi cəmiyyəti təmin etmir. Artıq cəmiyyət vədlərdən real işə keçərək, yaxşı yaşamaq arzusundadır.

Hər şeyi keçmişin üzərinə atmaq və keçmişin kölgələri ilə mübarizə aparmaq davranışından əl çəkməyin vaxtıdır”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər