Pasxa bayramında Ermənistanda kilsə dağıldı-FOTO

İşğalçı ölkənin Sünik mərzinin Xandz kəndindəki kilsə uçub.
Moderator.az xəbər verir ki, aprelin 21-də yerli vaxtla saat 19:04-də “911” xilasetmə xidmətinə adı çəkilən kənddəki erməni ibadətgahının yan divarının uçması haqda informasiya daxil olub. İki il öncə damı uçmuş kilsənin bu dəfə 180 kv.m-lik sahəsinin sıradan çıxdığı bildirilir.
Məlumata görə, Xandz kəndində əvvəllər 2 kilsə olub, onlardan ikisi öncədən tamamilə dağıdılıb.
Qeyd edək ki, kilsənin uçması xristian ermənilərin Pasxa bayramı keçirdikləri günə təsadüf edib.
Sultan Laçın
Açar sözlər
Sultan Laçın