Paytaxtda avtomobil qaçıran iki nəfər tutulub

Paytaxtda avtomobil qaçıran iki nəfər tutulub

Bakı, 24 aprel, AZƏRTAC

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə xəbərləri
Azertag.az digər xəbərlər