Paytaxtda qəzadan qaçan avtobus sürücüsü piyadanı vurub

Paytaxtda qəzadan qaçan avtobus sürücüsü piyadanı vurub

BakınınSəbail rayonundayol-nəqliyyat hadisəsi baş verib.

REAL ONA-ya istinadən xəbər verir ki, Neftçilər prospektində,Bakı İdman Sarayının yaxınlığında 53 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişinavtobusu minik avtomobili ilə toqquşub.

Avtobus sürücüsühadisə yerindən qaçmaq istəyərkən piyadanı vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, təcili tibbi yardım hadisə yerindən,birisi uşaq, ikisi böyük olmaqla, 3 nəfəri götürüb.

O qeyd edib ki, yaralılara kəllə-beyin travması qoyulub, onların vəziyyətləri orta agır kimi qiymətləndirilir.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər
Ramil Usubov sıra baxışı keçirib, 200 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

Ramil Usubov sıra baxışı keçirib, 200 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub

08-05-2019 17:45 - Realtv.az - Siyasət
Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.