Bakıda xilasetmə əməliyyatı keçirilib

Bakıda xilasetmə əməliyyatı keçirilib

Səhər saatlarında FHN-ə həyəcan siqnalı daxil olub

BAKI, 10 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər