Pekində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub FOTO

Pekində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub  FOTO

Aprelin 26-da Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

Sizi görməyimə şadam. Bizim artıq, necə deyərlər, kuluarlarda bir-birimizlə qısaca söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Sizinlə mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz isə, mənim fikrimcə, ümumiyyətlə, çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz hətta əslində Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə demək olar ki, xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Sonra Rusiya və Azərbaycan tərəfindən olan həmkarlarımızdan bu barədə danışmalarını xahiş edərik. Lakin bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq. Əminəm ki, bu gün Sizinlə qarşılıqlı fəaliyyətimizin bütün aspektləri barədə danışacağıq. Sizi görməyimə çox şadam.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. Yeni görüşümüzə çox şadam. Bizim görüşlərimiz münasibətlərimizin inkişafına çox ciddi təkan verir. Biz müntəzəm olaraq görüşürük və əlbəttə ki, bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Sizin qeyd etdiyiniz kimi, konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var. Düşünürəm ki, qarşılıqlı münasibətlərin bugünkü səviyyəsi ikitərəfli və regional gündəliyə aid bir çox məsələləri həll etməyə imkan verir. Buna görə də əminəm ki, bizim indiki görüşümüz də dostluğa, mehriban qonşuluğa, qarşılıqlı dəstəyə, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimizin gələcək inkişafına yaxşı təkan verəcək. Biz bu münasibətləri çox dəyərləndiririk, onları çox qiymətləndiririk və onların fasiləsiz inkişaf edəcəyinə ümid bəsləyirik. Bir daha sağ olun.

Prezident Vladimir Putin: Sağ olun. Ticarətə gəldikdə, keçən il bizdə əmtəə dövriyyəsi demək olar ki, 14 faiz artıb və 2,5 milyard dollara çatıb. Beynəlxalq gündəlikdə də ortaq məsələlərimiz çoxdur. Biz razılığa gəlmişik ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Belə ki, bu barədə də danışarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olundu. Hökumətlərarası komissiyanın uğurla fəaliyyət göstərdiyi bildirildi və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Prezident Vladimir Putin bəyan etdi ki, Rusiya bundan sonra da Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin həlli istiqamətində səylərini əsirgəməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev həmsədr ölkə qismində Rusiyanın bu münaqişənin həllində səylərini yüksək qiymətləndirdi. Ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.

loading...

Açar sözlər
Ilham Əliyev , Vladimir Putin , Minsk Qrupu , Qarabağ , Azərbaycan Respublikası , Rusiya , Pekin , Rusiya Federasiyası
Siyasət xəbərləri
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - Siyasət

 Bu ilin il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilmişdir.

ONA-ya AZALədan verolən məlumata görə, mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.

29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):





Reysin nömrəsi


 Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-003/004


Bakı-Ankara-Bakı


20:00


21:30


22:30


01:50+




J2-011/012


Bakı-Dubay-Bakı


04:50


07:45


10:10


13:10




J2-026


Antalya-Bakı





16:00


19:50




J2-076


İstanbul (IST)-Bakı





16:30


20:15




J2-9683/9684


Kiyev (IEV)-Bakı

(Buta Airways)





16:10


20:30




J2-9575/9576


Bakı-Kazan- Bakı

(Buta Airways)


20:00


21:50


22:50


02:50+




J2-9717/9718


Bakı-Mineralnıye Vodı-Bakı

(Buta Airways)










21:00


21:40


22:40


01:05+




J2-809/810


Bakı-Moskva (VKO)-Bakı


Reyslər ləğv edilmişdir




J2-079/080


Bakı - İstanbul-Bakı 


Reyslər ləğv edilmişdir




J2-852/851


Bakı- Moskva (DME)- Bakı


Reyslər ləğv edilmişdir




J2-255


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-254


Naxçıvan- Bakı


Reys ləğv edilmişdir







30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi


Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-011/012


Bakı-Dubay-Bakı


12:40


15:35


16:45


19:45




J2-827


Bakı-Moskva (VKO)


02:45


05:00







J2-852/851


Bakı- Moskva (DME)- Bakı


11:40


13:50


14:50


18:40




J2-9111/9112


Bakı-Alanya-Bakı

(Buta Airways)


12:30


14:30


15:30


19:20




J2-9685/9686


Bakı-Odessa-Bakı

(Buta Airways)


12:15


14:40


15:40


19:40




J2-239


Bakı–Gəncə


Reys mayın 29-na keçirilmişdir 

uçuş: 08:00, eniş: 09:00




J2-021/322


Bakı –Təl-Əviv –Bakı


Reyslər ləğv edilmişdir




J2-075/076


Bakı – İstanbul (IST)-Bakı


Reyslər ləğv edilmişdir




J2-9103/9104


Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9223/9224


Bakı-Tbilisi-Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9017/9018


Bakı -Tehran - Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-251


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-258


Naxçıvan-Bakı


Reys ləğv edilmişdir





 

Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Sia.az digər xəbərlər