Pekində “Bir kəmər, bir yol” konfransı: Azərbaycan şirkəti Çin nəhəngi ilə strateji saziş bağladı

Pekində “Bir kəmər, bir yol” konfransı: Azərbaycan şirkəti Çin nəhəngi ilə strateji saziş bağladı

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb. Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir Kəmər, Bir Yol) forumu çərçivəsində təşkil olunan görüş zamanı imzalanıb.

Virtualaz.org xəbər verir ki, sazişə əsasən CAMCE iki istiqamətdə: Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması, və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.

Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.

Aqro sənaye kompleksində meyvə konsentrantı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.

Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuduculu yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.

Sazişə əsasən tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün AS və CAMCE şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı üçün 2016-cı ildə imzaladığı sərəncam və fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment” aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda böyüyən “AS Aqro” və “Fresh Logistics” şikətləri ölkədə yaradılmış münbit şəraitdən istiadə edərək daha da inkişaf edir və artıq xaricdən iri investisiyaların cəlbində iştirak edir.

Virtualaz.org

Açar sözlər
Ilham Əliyev , As Qrup Invest , Azərbaycan , Bakı , Abşeron , Quba , Çin , Göyçay , Pekin
İqtisadiyyat xəbərləri
Ekspert hökumətə açıq suallar ünvanladı: "Bir ayıq səhiyyə naziri də yoxdur ki, bu suallara cavab versin"

Ekspert hökumətə açıq suallar ünvanladı: "Bir ayıq səhiyyə naziri də yoxdur ki, bu suallara cavab versin"

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat
Dövlət sektoru işçilərinin ödənişi isə daha çox artacaq: maaşdan 14% gəlir vergisi, 3% təqaüd fondu, 2% İTSA, 2% YAP, 2% Həmkarlar pul alacaqlar".
Hurriyyet.org xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, sərbəst məşğul əhali – qeyri-rəsmi işləyənlər, evdar qadınlar və sair kateqoriyalı insanlar üçün sabit bir məbləğ tətbiq olunacaq, onlar qanunla ildə 120 manat sığorta haqqı ödəməli olacaqlar ki, sığortalı sayılsınlar: "Ödəyə bilməyənlərin aqıbəti haqqında hələ ki, heç nə bilinmir.

Əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək, onlara aid illik 120 manatı dövlət ödəyəcək.
 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Beləliklə, İcbari Tibbi Sığorta tədbiq edilməyə başlayacaq, ilk olaraq dövlət həmən yığacağı pulu hesablayıb, amma həmin pula veriləcək xidməti açıqlamayıb.
Virtualaz.org digər xəbərlər