Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

 Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

19 -20 aprel tarixlərdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək.

Xeberler.azbildirir ki, bu məqsədlə Startap Azərbaycan bu gün adı çəkilən təhsil müəssisəsində tələbələrlə görüş keçirib. Görüşdə Startap Günlərinin mahiyyəti, tələbələrdən gözləntilər haqqında məlumatlar verilib.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəsətyi ilə AİF tərəfindən Startap Azərbaycan çərçivəsində keçirilir. Startap Günlərinə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkətləri dəstək verir.

İqtisadiyyat xəbərləri
Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

Sürücülər üçün yeni tələblərin detalları açıqlandı – Kursa gedəcəklər

15-04-2019 16:43 - Yenisabah.az - İqtisadiyyat
Hazırlıq mühazirələrdən, praktiki məşğələlərdən və yekun qiymətləndirmədən ibarətdir və bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir. Hazırlıq zamanı ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını həyata keçirən sürücülərə etik davranış qaydaları, sərnişinlərlə ünsiyyətdə kobudluğun, avtomobil nəqliyyatında siqaret çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyi, həmçinin sərnişinlərlə mədəni rəftar etmənin, qonaqpərvər və nəzakətli olmağın, unudulmuş əşyalar barədə polis orqanlarının məlumatlandırılmasının zəruriliyi, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə ünsiyyətin psixologiyası və münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları, müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı haqqında, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.  Hazırlıqda iştirak edən sürücülərin hazırlıq səviyyəsini müəyyən etmək və təqdim olunan məlumatlara marağı formalaşdırmaq üçün hər mövzu öyrənildikdən sonra və Proqramın yekununda keçirilən tədrisin sürücülər tərəfindən mənimsənilməsi keçirilən test imtahanı ilə qiymətləndirilir.
Xeberler.az digər xəbərlər