Peyk görüntüləri İranın Suriyadakı yeni raket bazasından xəbər verir (VİDEO)

Peyk görüntüləri İranın Suriyadakı yeni raket bazasından xəbər verir (VİDEO)
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İranın “Pərçin” hərbi bazası əsasında formalaşdırılan yeni raket mərkəzi Suriyanın şimal-qərbində Vadi Cəhənnəm adı verilən ərazidə yerləşdirilib.

İsrail tərəfi baza ilə bağlı detallı məlumatın olmadığını bildirsə də, qeyd olunub ki, Təl-Əviv İran və Suriyanın sözügedən mərkəzdə ballistik raket və nüvə silahı təkmilləşdirmə işləri həyata keçirə biləcəyindən narahatdır.

Açar sözlər
Dəyanət Ağalarlı , Müdafiə Nazirliyi , Iran , Israil , Suriyan , Təl-Əviv
İKT xəbərləri
Ordu.az digər xəbərlər