Peyvənd olunmayan qocalar cərimələnəcək

Peyvənd olunmayan qocalar cərimələnəcək

Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq.

Bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında xəbər verib. O bildirib ki, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək.

Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır. Covid-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib.

Açar sözlər
Yunanıstan , Koronavirus , Covid-19
Hadisə xəbərləri
Pravda.az digər xəbərlər