Pirallahıda yaşayan məcburi köçkünlərə mənzil veriləcək

Pirallahıda yaşayan məcburi köçkünlərə mənzil veriləcək

Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin ediləcək.

Moderator.az-ın məlumatına görə,bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərininhəll edilməsi üçün işlər aparılır:

“Bunlarbirinci vitse-prezident Mehriban Əliyevanın gündəlik nəzarətində olan məsələlərdir və Komitə verilən tapşırıqlar əsasında fəaliyyət göstərir. Yaxın aylarda Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərə təmin ediləcək.

Düşünürəm ki, təxminən il yarımdan sonra artıq biz Bakıdabütün məcburi köçkünlərin müasir mənzillərlə təmin olunduğubirneçə rayonunadını çəkə biləcəyik”.

Rövşən Rzayev qeyd edib ki, qəzalı binalarlabağlı da müvafiq işlər görülür.

Siyasət xəbərləri
Faktor.az digər xəbərlər