Piyada əleyhinə mina aşkarlandı

Piyada əleyhinə mina aşkarlandı

Bu gün saat 11:30-da Daxili İşlər Nazirliyinin (DİN) "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Kəpəz rayonu, Natəvan qəsəbəsi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub. ANAMA-dan Lent.az -a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı işləri aparılan sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Piyada əleyhinə minanın ətrafında 150 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər