“PKK məsələsində Türkiyəyə dəstəyi artımalıyıq: Erməni ilanının başını əzmək üçün!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu PKKvə ermənilər arasındakı bağlılıqla bağlı maraqlı fikirlər səsləndirib. Çavuşoğlu qeyd edib ki, türk ordusunun ələ keçirdiyi vəöldürdüyü PKK terrorçuları arasında ermənilərin sayı kifayət qədərdir.
Maraqlıdır, M.Çavuşoğlunun məlumbəyanatı ermənilərin terrorçu xislətinin ifşası ilə yanaşı, ermənilərə qarşıtürk dünyasının birgə mübarizəsinin zəruriliyini bir daha ortaya qoymurmu?
Moderator.az-a açıqlama verənmillət vəkili Fazil Mustafa ermənilərə qarşı birgə mübarizənin vacibliyini təsdiqlədi:
“Çavuşoğlunun açıqlaması əslindəbuna işarədir ki, türklərə qarşı bütün platformada mübarizə aparan qüvvələriniçində erməni xarakteri özünü göstərir. PKK sılralarında xeyli erməni var.Türkiyənin bu işarəni vurması həm də onu göstərir ki, biz yalnız Qarabağplatformasında erməni terroru ilə üz-üzə deyilik. Biz müxtəlif platformalardaerməni terroru ilə üz-üzəyik. Bu məsələdə əldə edəcəyimiz uğur ancaqbirliyimizdən qaynaqlana bilər.
Azərbaycan PKK məsələsindəTürkiyəyə indikindən də artıq dəstək verməlidir. PKK məsələsi yeni erməni təhlükəsinin başqabir formada baş qaldırmasıdır. Azərbaycan onsuz da PKK məsələsində Türkiyəyə dəstəkverir. Lakin bundan sonra bu məsələdə biz Türkiyəyə daha çox dəstək göstərməliyikki, erməni ilahının başını əzə bilək”.
Seymur ƏLİYEV