PKK Suriyada ermənilərdən ibarət tabor yaratdı - FOTO

PKK Suriyada ermənilərdən ibarət tabor yaratdı - FOTO

PKK terror təşkilatı Suriyada ermənilərdən ibarət tabor təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin haberler.com saytı məlumat yayıb.

Yazıda bildirilir ki, PKK terror təşkilatının Suriyada ermənilərdən təşkil etdiyi tabora erməni terrorçu Nubar Ozanyanın adı verilib.

Tabor 1915-ci il hadisələrinin ildönümündə yaradılıb. Tabordakı hərbçilər arasında başqa millətin nümayəndələri də var.

Sözügedən tabor təxminən 90 nəfərdən ibarətdir.

Bəxtiyar Umarlı
Milli.Az

Siyasət xəbərləri
Milli.az digər xəbərlər