"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır”

"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır”

Aydın Mirzəzadə: “Hesab edirəm ki, Mədəniyyət Nazirliyi bu filmlə bağlı həmin teatra dəstək ola bilər”

Azərbaycanın tarxii qəhrəmanlarının təbliğiistər milli tariximizin unudulmaması, istərsədə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından hər zaman mühümaktuallıq kəsb edən məsələlərdən olub. Bu baxımdan "Planet Parni izBaku" KVN teatrının məşhur II Dünya Müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovlabağlı həyata keçirdiyi film çəkilişləri mühüm əhəmiyyət kəsb edir.

Bəs digər teatrlarımızın da bu kimi məsələlərədiqqət ayırması, tarixi qəhrəmanlarımızın həyat və döyüş yoluna işıq salması nədərəcədə arzuedilən olardı?

Moderator.az-a açıqlama verən millət vəkiliAydın Mirzəzadə tarixi qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsinin,tamaşalaırn hazırlanmasının mühüm önəm kəsb etdiyini vurğuladı:

“Tariximizzəngindir. Bizim bu günkü gənclərə təqdim edəcək qədər kifayət qədərböyük şəxsiyyətlərimiz, qəhrəmanlarımız olub. Sevindiricidir ki, bu tarixi şəxsiyyətlərinyada salınması, onların qəhrəmanlığının təbliğ edilməsi istiqamətində işlərgörülür. Lakin qeyd etdiyiniz kimi, hesab edirəm ki, biz bu qəhrəmanları dahaçox tanıtmalı, daha çox təbliğ etməliyik.

Əhmədiyyə Cəbrayılov, onun tarixi qəhrəmanlığıAvropanın özündə də tanınır və ehtiramla yad edilir. Əhmədiyyə Cəbrayılovungöstərdiyi qəhrəmanlıqlar Avropanın özü üçün də nümunədir. KVN teatrının bu məsələyədiqqət yetirməsi alqışlanandır. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi bu məsələdəhəmin teatra dəstək ola bilər”.

Xatırladaq ki, ölkə başçısı ilə mədəniyyət və incəsənətxadimlərinin görüşündə "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri,Əməkdar artist Tahir İmanov II Dünya Müharibəsinin qəhrəmanlarından olan ƏhmədiyyəCəbrayılovla bağlı film çəkilişləri ilə məşğul olduqlarını, Rusiyanın bəzitelekanalalrının da bu filmin yayımında maraqlı olduğunu vurğulayıb.

Seymur ƏLİYEV

Açar sözlər
Aydın Mirzəzadə , Seymur Əliyev , Tahir Imanov , Əhmədiyyə Cəbrayılov , Mədəniyyət Nazirliyi , Azərbaycan , Rusiya
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər