“Planet Parni iz Baku” KVN teatrının konserti bizim üçün əsl istirahət oldu”

“Planet Parni iz Baku” KVN teatrının konserti bizim üçün əsl istirahət oldu”

“Planet Parni iz Baku” KVNteatrının Heydər Əliyev Sarayında gerçəkləşən “Nataşa, mı prişla” adlı dördgünlük aprel konserti başaçatıb. Tamaşaçılar tərəfindən böyk maraqla qarşılanan konsertlə bağlı fikir vədüşüncələrini öyrənmək üçün Əməkdar artist Dilarə Əliyevaya müraciət etdik.

Moderator.az-aaçıqlamasında konsertin yüksək səviyyədə təşkil edildiyini qeyd edən D.Əliyeva,aprel konsertini “Planet Parni iz Baku” KVN teatrının növbəti uğuru kimi dəyərləndirdi,teatrın bütün kollektivini uğurlu tamaşaya görə təbrik etdi:

“Hər zaman olduğu kimi budəfə də “Planet Parni iz Baku” KVN teatrının konserti yüksək səviyyədə təşkilolunmuşdu. Bu konsert də əvvəlki konsertlər kimi düşündürücü satira və gülüşdolu bir konsert idi. Biz ailəlikcə həmin konsertdə iştirak etdik, konsertdənçox böyük zövq aldıq. Bu konsert bizim üçün əsl istirahət oldu. Onu da qeydedim ki, biz KVN-nin bütün konsertlərinə hər zaman böyük məmnunluq hissi iləqatılırıq.

“Planet Parni iz Baku”KVN teatrının bu konsertdə əsl satiranın özündə əks etdirməli olan bütün məqamaröz əksini tapmışdı. Əminliklə deyə bilərəm ki, bu konsert bütün tamaşaçılarıngözləntilərini doğrultdu.

Mən uğurlu konsertə görə “PlanetParni iz Baku” KVN teatrının bütün kollektivini, eləcə də teatrın bədii rəhbəriTahir İmanovu təbrik edirəm. Ümid edirəm ki, “Planet Parni iz Baku” KVN teatrınınbu ənənəsi sonrakı illərdə də davam edəcək, onlar yeni konsertlərlətamaşaçıları sevindirməkdə davam edəcəkdir”.

Seymur ƏLİYEV

Açar sözlər
Heydər Əliyev , Dilarə Əliyeva , Seymur Əliyev
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər