Planeti ağcaqanad bəlasından qurtaramağa 4 milyard ayırdı və... - AĞILASIĞMAZ...

Fransanın 3 varlı ailəsi Notr-Damın bərpasına 700 milyon avro ianə verib. Bir neçə yerdə rast gəldim ki, niyə müsəlman ölkələrindəki aclara yardım eləmirlər, ancaq belə məsələlərdə səxavətlidirlər.
Sizə bir şey deyim. Bizim regionda geniş yayılan fikirlərin əksəriyyəti məlumatsızlıqdan qaynaqlanır. Nə ölkəmizdə normal xəbər mediası var, nə də dilini bildiyimiz Rusiyada, Türkiyədə.
Medianın yaratdığı dünyanın şəkli, gerçək dünyanın şəklindən xeyli fərqlidir. Gerçək dünyada ən böyük xeyriyyə layihələrinin çoxunu Qərb ianəçiləri maliyyələşdirir.
İslam coğrafiyasında yardım anlayışı böyük bir göstərməçilikdir. Xeyriyyəçilik ildə bir dəfə qurban qoyun kəsib ətini kasıba payalmaqdan o yana getmir. Görməmiş varlılar əllərinə pul keçəndə Notr-Dam boyda qəsrlər almağa, tikdirməyə çalışırlar. Hər rayonda bir villa-qəsr, hər ölkədə bir otel... Nadir hallarda ağıllarına başqa ideya gəlir.
Qəsr Avropanın tarixidir. Orda qəsr almağa, qurmağa həvəsli milyarderə rast gəlməzsiniz. Amerikanın ən varlı adamlarından biri Baffet 50-ci illərdən aldığı evdə yaşayır. Artıq prioritetlər başqadır. Nəyə pul qoyurlar, o uzun məsələdir, mövzumuz deyil. Xeyriyyəçiliyi necə aparırlar, bundan danışaq.
Bill Qeytsin bloquna abunəyəm. Dalbadal nədən yazır? Yazır ki, ağcaqanadlar qədər adamı öldürən ikinci bir bəla yoxdur. Yazır ki, ağcaqanadların yaydığı xəstəliklərdən ildə 830 000 nəfər ölür. Ağcaqanadlarla mübarizə üçün geni dəyişdirilmiş erkək ağcaqanad yetişdirilir. Təbiətə buraxılacaq bu erkəklərin geni elə proqramlaşdırılıb ki, onunla cütləşən dişi ağcaqanadların balaları yetkinləşməmiş ölür. Təkcə bu eksperimentlərə Bill və Melinda Fondu 4 milyon dollar ayırıb. Ümumiyyətlə isə, onlarn 2000-ci ildən ağcaqanadlarla mübarizə üçün kampaniya aparıb topladıqları vəsait 2 milyard dollara çatıb. Bu məqbələği 4,1 milyarda çatdırmağı hədəfləyirlər.
Şəkildə gördüyünüz su Seneqallıların tualetindəki tullantıdan alınıb. Bill Qeyts Janicky Omniprocessor adlı qurğuların tətbiqini maliyyələşdirir. Bu qurğular dünyanın ən nəcisli bölgələrində adamları bu fəlakətdən xilas eləyir, hələ üstəlik son məhsullardan biri içməli su olur.
Rövşən Əliyev