Poladəritmə zavodunda güclü parlayış - Uelsdə - FOTO

Poladəritmə zavodunda güclü parlayış - Uelsdə - FOTO

Day.Az представляет новость на азербайджанском языке

Cənubi Uelsdə güclü partlayış olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Mirror" nəşri yayıb.

Səhər saatlarında cənubi Uelsdə, Port Talbot metaləritmə zavodunda güclü partlayış baş verib.

Yaxınlıqda yaşayanların dediyinə görə, qorxulu səs eşidildikdən sonra göy üzü bir anlıq qızarıb, havadan isə sulfat turşusunun iyi gəlib.

Yanğının söndürülməsi üçün yanğınsöndürmə briqadası, xüsusən də helikopterlər cəlb olunub.

Partlayışda 2 nəfər yüngül bədən xəsarəti alıb. Onlar dövlət xəstəxanasına çatdırılıblar.

Hadisə xəbərləri
Day.az digər xəbərlər