Polis gücləndirilmiş iş rejimində işləyəcək - BU TARİXDƏN

Polis gücləndirilmiş iş rejimində işləyəcək - BU TARİXDƏN


"Formula 1" Azərbaycan Qran-Prisi ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.Əmrə əsasən, Formula 1 Azərbaycan Qran-Prisi yarışları ərəfəsində və müddətində ictimai asayişin etibarlı qorunması məqsədilə daxili işlər orqanlarının şəxsi heyəti aprelin 25-dən 29-dək gücləndirilmiş iş rejiminə keçirilib.
Təhlükəsizliyin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.
Əmrdə, həmçinin bildirilir ki, yarışlar ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək. Avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlər görüləcək.

İdman xəbərləri
Sherg.az digər xəbərlər