Polis tutuquşunu nəzarətə götürdü -İNANILMAZ...

Braziliyanın Pinau əyalətində narkotik satıcılarına qarşı polis basqını zamanı qışqıraraq narkotik alverçilərinə xəbərdarlıq edən tutuquşu polis məntəqəsinə aparılıb.
Moderator.az xəbər verir ki, polislərin binaya yaxınlaşdığını görən tutuquşu "Ana, polis" deyə qışqırmağa başlayıb.
Bir polis məmuru "Bunun üçün təlim alımış olmalıdır. Polis yaxınlaşdıqdan sonra qışqırmağı dayandırdı" deyib.
Məlumata görə, tutuquşu polis tərəfindən bölgədəki bir zooparka təslim edilib. Burada üç ay ərzində uçmağı öyrənəcək, daha sonra da təbiətə buraxılacaq.
Kamran
Açar sözlər
Braziliya